"Yeni Bakı" yaşayış massivində nə baş verir?

Masazır qəsəbəsində yerləşən "Yeni Bakı" yaşayış kompleksində 2 il əvvəl istifadəyə verilmiş bəzi binaların 1-ci mərtəbəsində çatlar müşahidə olunur. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı kompleksdə yaşayan sakinlərdən bəziləri sosial şəbəkədə paylaşıblar: "Hörmətli, "Yeni Bakı" sakinləri və yeni tikili binalardakı mənzil sahibləri! Uzun müddətdir ki, yeni tikili binaların problemləri bitib tükənmək bilmir. Hazırda yaşadığımız "Yeni Bakı" şəhərciyi və onun sakinləri yeni problemlərlə üz-üzə qalıblar. Belə ki, Masazirda IDF MMC-nin inşa etdiyi "Yeni Bakı" yaşayış kompleksində 2 il əvvəl istifadəyə verilmiş binaların birinci mərtəbəsində çökmə halları, dərin çatlar müşahidə olunur və bu hal biz sakinlərin qayğısını günbəgün artırmaqdadır. Məsələnin ən faciəli tərəfi odur ki, müvafiq dövlət qurumlarına dəfələrlə müraciət etsək də, hələ də məsələyə göz yumulur, sakinlərə heç bir müsbət cavab verilmir. Sizə təqdim etdiyimiz fotolar "Yeni Bakı" yaşayış kompleksinin 2-ci P şəkilli binasından lentə alınıb. Nəzərinizə çatdırmaq istəyirik ki, bu binalara 31.01.2015-ci il tarixində FHN və digər dövlət qurumları tərəfindən istismara qəbul aktı alınıb. Maraqlı burasıdır ki, dəfələrlə FHN-nə sakinlər tərəfindən müraciət olunsa da, heç bir tədbir görülməyib. FHN və digər dövlət qurumları, "Yeni Bakı" sakinləri olaraq sizə müraciət edirik: niyə tədbir görmürsünüz".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top