Danimarkada yetkinlik yaşına çatmayan qaçqınların nikahı qadağan edildi

Danimarka parlamenti 18 yaşından kiçik şəxslər arasında, o cümlədən qaçqınlar arasında nikahları qadağan edən qanun qəbul edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qanun, həmçinin digər ölkələrdə yetkinlik yaşına çatmayanlar arasında bağlanmış nikahları Danimarka ərazisində keçərsiz hesab edir. İnteqrasiya Nazirliyinin nikahda olan yetkinlik yaşına çatmamış 27 qaçqının qeydiyyata alınması haqqında məruzəsindən sonra məsələ gündəmə gəlmişdi. Qanun fevralın 1-dən qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR

Top