Həmid Altıntop özünə yeni klub tapdı

“Qalatasaray”dan ayrılan Həmid Altıntop özünə yeni klub tapıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 34 yaşlı yarımmüdafiəçi ölkə çempionatında iştirak edən “Çaykur Rizespor”la razılığa gəlib. Müqavilənin qarşıdakı günlərdə rəsmi şəkildə imzalanacağı gözlənilir. H. Altıntop “Qalatasaray”ın heyətində mövsümün ilk dövrəsində 4 matçda oynayıb. Türkiyə kubokunda isə 5 oyuna çıxaraq 1 qol vurub. Ulduz futbolçu “Qalatasaray”dan müqaviləsi pozulduğuna görə 850 min avro alıb. Yeni komandasının transfer üçün bundan az məbləğ ödəyəcəyi öyrənildi.

DİGƏR XƏBƏRLƏR

Top