ABŞ-da yük maşını ilə daşınan AES quruldu

ABŞ-da alimlər kiçik atom elektrik stansiyası (AES) yaradıblar. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, uzunluğu 30 metrə çatan AES-i yük maşını ilə də daşımaq mümkündür. Sınaqdan keçirilməli olan AES-in 2026-cı ildə istismara verilməsi planlaşdırılır. Yeni AES 50 MVt hasil etmək və minlərlə evi elektrik enerjisi ilə təmin etmək gücündədir. Stansiya adi AES-lərin analoqudur, lakin ayrıca obyekt qurmaq əvəzinə modul reaktoru təyinat yerinə çatdırılacaq və elektrik şəbəkəsinə qoşulacaq. Bundan başqa, sıradan çıxa biləcək adi qapalı sərinləşdirmə kontur əvəzinə yeni AES-də təbii konveksiyadan istifadə edilir.

DİGƏR XƏBƏRLƏR

Top