Saatlıda polis əməkdaşı avtomobillə vurulub

Saatlıda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yanvarın 20-də axşam saatlarında Saatlı rayon polis şöbəsinin əməkdaşı, polis baş serjantı, 1970-ci il təvəllüdlü Çingiz Behbud oğlu Yaqubovu polis şöbəsinin qarşısında “VAZ-2107” markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top