Peskov: "Rusiya "İsgəndər" raketlərini Kalininqraddan çıxarmayacaq"

Rusiya prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Bi-bi-si teleradiokorporasiyasına verdiyi müsahibəsində Kalininqradda yerləşdirilən "İsgəndər"raketləri ilə bağlı məsələyə aydınlıq gətirib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Peskov: "Nə qədər ki, NATO hərbi alyansı mövcuddur, o qədər də Rusiya "İsgəndər" raketlərini Kalininqraddan çıxarmayacaq. NATO-nun Rusiya əleyhinə yönələn raket hücumundan müdafiə kompleksləri ləğv edilmədən bu raketlərin Kalininqraddan çıxarılması mümkün deyil",-deyib.

DİGƏR XƏBƏRLƏR

Top