Minimum əməkhaqqı 11 manat artırılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb. “Yeniavaz.com” xəbər verir ki, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilib. Bu, minimum əməkhaqqının 11 manat (10,5 faiz) artımı deməkdir. Xatırladaq ki, indiyədək minimum əməkhaqqı 105 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top