Türkiyənin Ədrəmit şəhərindəki erməni dilində olan lövhələr yığışdırılıb

Van vilayətinin Ədrəmit şəhərində erməni dilində olan lövhələr sökülüb. "Yeniavaz.com"un erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ədrəmit şəhərininin yeni seçilmiş merinin tapşırığına əsasən şəhərdəki erməni dilində lövhələr yığışdırılıb. Xatırladaq ki, erməni dilində lövhələrin asılmasına şəhərin bundan əvvəlki meri, milliyətcə kürd olan Akif Çiçəkli icazə vermişdi. Bundan istifadə edən ermənilər küçələrdə, müxtəlif ticarət, ictimai-iaşə və sosial obyektlərin qarşısında erməni dilində lövhələr asmışdılar. Ermənilərə xüsusi rəğbətini gizlətməyən keçmiş mer hətta Ədrəmitdə erməni rəssamı Arşil Qorkinin adına xatirə bulağı da inşa etdirmişdi. Ancaq şəhərin yeni merinin göstərişi ilə Ədrəmit erməni dilində asılan lövhələrdən təmizlənib.

DİGƏR XƏBƏRLƏR

Top