ABŞ BMT-nin keçmiş Baş katibi Pan Gi Munun qardaşının həbsini tələb edir

ABŞ-ın ədliyyə orqanları Cənubi Koreya hökuməti qarşısında BMT-nin keçmiş Baş katibi Pan Gi Munun qardaşı Pan Gi San və onun oğlu Çu Hye Panın həbs edilməsi məsələsini qaldırıblar. "Yeniavaz.com"un xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Baş prokurorluğunun rəsmisi bildirib ki, ata və oğul çirkli pulların yuyulmasında və korrupsiyada təqsirli bilinirlər. Qeyd edək ki, Pan Gi San 2015-ci ildən Cənubi Koreyanın "Keangnam" inşaat firmasının rəhbərlərindən biri olub. Adı çəkilən şirkət Vyetnamın Hanoy şəhərində Landmark binalar kompleksinin inşası ilə məşğul olub. "Keangnam" rəhbərliyi əyri yollarla bu kompleksi 800 milyon dollara satmağa cəhd edib. ABŞ hüquq-mühafizə orqanlarına isə onların rüşvət yolu ilə inşa edilən binaları satmaq cəhdləri məlum olub. Pan Gi Sanın oğlu Çu Hye Pan isə həmin dövrdə Nyu-Yorkda daşınmaz əmlak bazarı üzrə agent vəzifəsində çalışıb. O inşa edilən kompleksi satmaq üçün Malkolm Harris adlı birinin koməyindən istifadə etmək istəyib. Öz növbəsində BMT-nin keçmiş Baş katibi Pan Gi Mun mətbuata verdiyi açqılamasında baş verənlərdən xəbərsiz olduğunu bildirib. O dəyib ki, bu məsələnin ABŞ və Cənubi Koreyanın müvafiq qurumlarının birgə əməkdaşilığı ilə şəffaf şəkildə araşdırılacağına ümid edir.

DİGƏR XƏBƏRLƏR

Top