Qar uçqunu altından daha 4 nəfər sağ çıxarılıb

İtaliyanın Abrutso vilayətindəki qar uçqunu altında qalan "Rigopiano" otelində xilas etmə işləri davam edir. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, xilasedicilər qar uçqunu altında qalan oteldə olan daha 4 nəfərin həyatını xilas edə biliblər. Xilas edilən 4 nəfərdən 2-si qadın, ikisi isə kişidir. Xatırladaq ki, xilasedicilər bundan əvvəl daha 13 nəfəri uçqun altından sağ-salamat çıxara bilmişdilər. Onlardan 2-si uşaqdır. Xilasedicilər həmçinin 4 nəfərin nəşini aşkar edərək müvafiq qurumlara təhvil veriblər.

Son məlumatlara görə hazırda xilasedicilər qar uçqunu altında qalan oteldə olan daha 13 nəfərin həyatını xilas etmək üçün çalışırlar. Ancaq onların sağ ola bilmə ehtimalları olduqca az hesab edilir. Qeyd edək ki, cümə günü axşam baş verən təbii fəlakət nəticəsində qar uçqunu altında qalan oteldə 34 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top