Güləş Federasiyası da “Recep İvedik”ə etiraz etdi

“Recep İvedik-5” treylerinin yayınlanması ilə başlayan etirazlara Türkiyə Güləş Federasiyası da qoşulub. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, federasiya hesab edir ki, filmdə peyğəmbər və türklərin ata idmanı olan güləşin qüruru, şərəf və hörməti zərər görüb. Federasiya qeyd edir ki, filmdə Recep rolunu canlandıran şəxsin güləş görüşündə rəqibinə qarşı etdiyi hərəkətin bu idman növü ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur: “Filmdə yayınlancaq güləşlə bağlı səhnələr ya idman qaydalarına uyğunlaşdırılmalı və ya yayınlanmamalıdır. Əks halda hüquqi yollara əl atacağıq”. Xatırladaq ki, bunadək filmdə azərbaycanlı boksçu ilə olan səhnə etirazlara görə filmdən çıxarılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top