Suriya ərazisini qarşılıqsız olaraq Rusiyaya verdi

Rusiya və Suriya Hmeymim aerodromunda Rusiya Hava Kosmik Qüvvələri aviaqrupunun 49 il müddətinə yerləşdirilməsi haqqında saziş imzalayıblar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Suriya Xmeymim aerodromundakı sahəni və oradakı daşınmaz obyektlərini Rusiyaya qarşılıqsız olaraq verir. Saziş 49 il ərzində qüvvədə olacaq və avtomatik olaraq növbəti 25 il müddətinə artırılacaq. Növbəti müddətin başa çatmasına ən azı 1 il qalmış tərəflərdən biri diplomatik kanallar üzrə yazılı formada digər tərəfə sazişi dayandırmaq barədə niyyətini bildirməsə sazişin müddəaları qüvvədə qalacaq.

DİGƏR XƏBƏRLƏR

Top