“Lokomotiv” İdman Sağlamlıq Mərkəzi (İSM) bağlanıb

80 illik tarixi, 2 minə yaxın idmançısı olan “Lokomotiv” İdman Sağlamlıq Mərkəzi (İSM) bağlanıb. Bu barədə "Lokomotiv" İSM-də sərbəst güləş üzrə komandanın baş məşqçisi, idman hakimi, idman ustası, əməkdar məşqçi Ramin Allahverdiyev deyib. Həm də olimpsport.az saytının təsisçisi və baş redaktoru olan Ramin Təyyaroğlu bildirib ki, “Lokomotiv” bağlanmamışdan əvvəl Almaniya və Türkiyədən beynəlxalq yarışlara dəvət alıblarmış.

Mərkəzin sədri Elşən İsmayılov bunu oktyabrda Nazirlər Kabinetinin bu qurumun Nizami, Nərimanov və Binəqədi rayonlarında yerləşən əmlakının özəlləşdirilməsinə dair Sərəncamının olması ilə əlaqələndirib. Buna qədər "Lokomotiv" İSM "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında olub.Qaynarinfo.az

DİGƏR XƏBƏRLƏR

Top