Mingəçevirdə 20 yanvar şəhidlərinin xatirəsi anıldı

Mingəçevir Şəhidlər Xiyabanında 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Xiyabanda şəhidlərin ruhuna dualar oxunub və bir dəqiqəlik sükutla yad ediliblər. Daha sonra Şəhər İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhər əhalisi şəhidlərin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Şəhər rəhbərliyi Şəhidlər Muzeyinə baş çəkiblər. Daha sonra şəhid ailələri ilə görüş keçirilib. Sinəsi yaralı şəhid valideynləri öz problemlərini dilə gətiriblər. Şəhid anası xiyabanda yaradılan səliqə-səhmana görə, şəhidlərin məzarlarının yenidən bərpa edildiyinə görə, şəhər rəhbərliyinə minnətdarlıq bildiriblər.

Şəhid atası Həmid Muradov Şəhidlər Xiyabanında fəaliyyət göstərən şəhidlər muzeyinin yenilənməməsindən, baxımsızlığından gileylənib. Şəhid anaları bildiriblər ki, bu övladlarımız vətən üçün canlarından keçib, bu gün də lazım gəlsə, digər igid övladlarımız qanları bahasına torpaqları düşmən tapdağı altından xilas edə bilərlər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top