İŞİD-in itirdiyi ərazilərin sahəsi açıqlanıb

İŞİD terror qruplaşması 2016-cı ildə Suriya və İraqda ələ keçirdiyi ərazinin təqribən 18 min kavdartkilometrini itirib. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın IHS Markit analitik şirkətinin ekspertləri bildiriblər. Onların hesablamalarına görə, hazırda İŞİD-in nəzarətində olan ərazilərin ümumi sahəsi 60,4 min kvadratkilometrdir. Bununla da İŞİD ötən il daha əvvəl tutduğu ərazilərin 23 faizini, 2015-ci illə müqayisədə isə 14 faizini itirib.

DİGƏR XƏBƏRLƏR

Top