Ov edərkən özünə atəş açdı və öldü - Yevlaxda

Yevlax rayonunun Aşağı Qarxun kənd sakini tüfənglə ehtiyatsız davrandığı üçün özünə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin ( DİN ) saytının məlumatına görə, kənd sakini Habil Əbdürrəhimov ov edərkən tüfənglə ehtiyatsız davranıb, bu zaman açılan atəşdən xəsarət alaraq ölüb.

Yevlax RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top