Ağcabədidə ana və körpə doğuş zamanı ölüb

Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib.

Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub. Doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.apa

DİGƏR XƏBƏRLƏR

Top