İspaniya Kuboku: "Real" 1/4 finalın ilk oyununda məğlub olub - VİDEO

Madridin "Real" klubu futbol üzrə İspaniya Kubokunun ¼ finalının ilk oyununda "Selta"ya 1:2 hesabı ilə məğlub olub. Görüş Madrid şəhərindəki "Santyaqo Bernabeu" stadionunda keçirilib. Qalib komandanın heyətində Yaqo Aspas (64-cü dəqiqə) və Honni Kastro (70) fərqləniblər. "Real"ın yeganə qolunu Marselo (69) vurub. Cavab görüşü yanvarın 25-də "Selta"nın Viqo şəhərindəki "Balaidos" stadionunda keçiriləcək.Report

Real

DİGƏR XƏBƏRLƏR

Top