Azərbaycanda 41 milyon ton neft hasil edilib

Azərbaycanda 2016-cı ildə 41 milyon tondan artıq neft və 29,4 milyard kubmetr qaz hasil edilib. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, neftin 7,5 milyon tonu və qazın 6,3 milyard kubmetrini SOCAR hasil edib. X.Yusifzadə qeyd edib ki, ABƏŞ və “Şahdəniz” konsorsiumları ötən il 33,5 milyon ton neft və 23,1 milyard kubmetr qaz çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top