Türkiyə vətəndaşı Azərbaycandan 49 min dollar çıxarmaq istəyib

Dövlət Gömrük Komitəsi (DGK) Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılması cəhdinin qarşısını alıblar. Bu barədə DGK-nın mətbuat xidmətindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib. Vətəndaşın çantası rentgen aparatından keçirilərkən monitorda pula bənzər təsvirlər görünüb. Daha sonra vətəndaşa məxsus əl çantasının yoxlanılması zamanı çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 477 ədəd, hər biri 100 ABŞ dolları nominalında, 130 ədəd isə hər biri 10 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 49 min ABŞ dolları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top