Kinoda keçən ömür

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin inkişafında öz yeri olan, özünəməxsus baxışı ilə seçilən kinooperator, rejissor, Əməkdar incəsənət xadimi - Nizami Abbasın anadan olmasının 60 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib. Bu barədə saytımıza Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib. Yubiley tədbirində bildirilib ki, Nizami Abbas ömrünün 40 ilini kino sənətinə bağlayaraq bir-birindən maraqlı neçə-neçə bədii və sənədli film lentə alıb, uzun illər boyu Azərbaycan tamaşaçısının ekrandan baxan gözü olub. Onun "Ağ-qara dünya", "Axırıncı addım", "Bu Naxçıvandır", "Əzablı yollar", "Kədərimiz...Vüqarımız...", "Qəm karvanı", "Məhəmməd Füzuli", "Laçının son günləri" və s. kimi sənədli filmləri milli tariximizin yaddaşlarda hər zaman qorunub saxlanmasına xidmət edib. "Afroditanın qolları", "Qoca palıdın nağılı", "Qocalar, qocalar...", "Şeytan göz qabağında", "Əlvida cənub şəhəri", "Tənha narın nağılı" kimi bədii filmlərdə də Nizami Abbas operator kimi öz dəsti xəttini qoruyub.

O, eyni zamanda Qarabağ müharibəsində və ölkəmiz üçün taleyüklü hadisələrdə həmişə ən qaynar nöqtələrdə kinokamera ilə hadisələri lentə alıb, ölkəmizin salnaməsini yaradıb. Bununla da vətənə, millətə sədaqətini hər zaman isbat edib.

DİGƏR XƏBƏRLƏR

Top