Türkiyə ən çox məhsul satdığımız ölkələrin siyahısında 13-cü sıradan 2-ci sıraya yüksəlib

2016-cı il ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 1 milyard 641,8 milyon dollar (ümumi idxalın 19,2%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2016-cı il ərzində bu ölkələrdən müvafiq olaraq 1 milyard 181 milyon (ümumi idxalın 13,8%-i) və 703,9 milyon dollarlıq (8,2%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Böyük Britaniya (495,2 milyon dollar), ABŞ (471,5 milyon dollar), Almaniya (399,2 milyon dollar), İtaliya (332,2 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2016-cı il ərzində də ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son bir il ərzində ərzində bu ölkəyə 1 milyard 559,9 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 17,1%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 1 milyard 132,8 milyon dollar dəyərində məhsul Türkiyəyə satılıb ki, bu da ötən ilin analoj dövrü ilə müqayisədə 3,7 dəfə çox olub. Belək ki, 2015-ci il ərzində ayının nəticəsinə görə Azərbaycandan Türkiyəyə 304 milyon dollar dəyərində məhsul satılıb. Nəticədə, Türkiyə son bir il ərzində ən çox məhsul satdığımız ölkələrin siyahısında 13-cü sıradan 2-ci sıraya yüksəlib. Tayvana 796,8 milyon, İsrailə (664 milyon dollar), Almaniyaya isə 610 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Fransa (493,6 milyon dollar), Hindistan (437 milyon dollar), Rusiya (409 milyon) və digər dövlətlər gəlir.

DİGƏR XƏBƏRLƏR

Top