Xam neftin ixracı 26,4%, təbii qazın ixracı isə 35,5% azalıb

Əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də xarici ölkələrə ən çox xam neft idxal olunub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövrü ərzində xarici ölkələrə 6 milyard 504,5 milyon dollar dəyərində 20,9 milyon ton xam neft göndərilib ki, bu da ümumi ixracın 71,1%-ni təşkil edib. Qeyd edək ki, 2015-cidə bu məhsulun ümumi ixracdakı payı 77,6% olub. Eyni zamanda 2015-ci illə müqayisədə xam neftin ixracı dəyər ifadəsində 26,4%, miqdar ifadəsində isə 4,8% azalıb.

Xam neftdən sonra xarici ölkələrə ən çox təbii qaz satılıb. İxrac olunan təbii qazın dəyəri isə 970,6 milyon dollar təşkil edib. 2015-ci illə müqayisədə təbii qazın ixracı daha çox - 35,5% azalıb. Təbii qazdan sonra xarici ölkələrə ən çox neft məhsulları ixrac edilib ki, onu da dəyəri 409,7 milyon dollara bərabər olub. Neft məhsullarının ixracı da kəskin azalıb. 2015-ci illə müqayisdə neft məhsullarının ixracı 45,5 % aşağı düşüb.

İxrac olunan məhsulların sıralamasında xam neft, neft məhsulları və qazdan sonra meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastmassa və onlardan hazırlanan məmulatlar, qara metallar və onlardan məmulatlar, şəkər, kimya sinayesi məhsulları, elektrik enerjisi, həmçinin pambıq iplik gəlir. 2016-cı il ərzində xarici ölkələrə 372,8 milyon dollar dəyərində meyvə-tərəvəz, 98 milyon dollar dəyərində alüminium və ondan hazırlanan məmulatlar, 98,9 milyon dollar dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar, 96,1 milyon dollar dəyərində qara metallar və onlardan məmulatlar, 62 milyon dollarlıq şəkər, 55,9 milyon dollarlıq kimya sinayesi məhsulları, 28,3 milyon dollarlıq elektrik enerjisi, 18 milyon dollarlıq pambıq iplik satılıb.

DİGƏR XƏBƏRLƏR

Top