Dünyanın ən bahalı futbolçuları reytinqinə Neymar başçılıq edir

Braziliyalı Neymar Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) tərəfindən formalaşdırılan transfer dəyəri yüksək olan futbolçuların reytinqinə başçılıq edir. RİA "Novosti" xəbər verir ki, "Barselona"nın hücumçusunun qiyməti 246,8 mln. avroya çatır. O, reytinqdə ikinci yeri tutan komanda yoldaşı Lionel Messini təqribən 75 mln. avro geridə qoyub. Siyahıda üçüncü yeri "Mançester Yunayted"in fransalı yarımmüdafiəçisi Pol Poqba tutub. Mütəxəssislər onun qiymətini 155,3 milyon avro dəyərində qiymətləndiriblər. Madrid "Real"ının portuqaliyalı hücumçusu Kriştiano Ronaldu yeddinci yerdə qərarlaşıb və onun transfer qiyməti 126, 5 mln. avro qiymətləndirilib.Report

DİGƏR XƏBƏRLƏR

Top