Müsəlman smartfonu - FOTO

Rusiya brendi BQ ilk “Belief” müsəlman smartfonunu təqdim edib. “Yeniavaz.az”ın “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, qurğu namazın dəqiq vaxtını hesablamaq və onun başladığını xəbərdar etmək özəlliyinə malikdir. Bundan başqa, smartfon sahibinə yaxınlıqda yerləşən məscid və halal restoranlar barədə məlumat verəcək. “BQ Belief”da mətn variantında oxumağın, ya da audio variantında işə salmağın mümkün olduğu Quran yüklənib. İstənilən ayəni poçtla göndərmək və ya sosial şəbəkələrdə bölüşmək olar. 5 düym displeyə malik smartfonun prosessoru 4 nüvəlidir və 1 GB operativ yaddaşı var. Smartfon Android 6.0 sistemi üzrə işləyir. Onun qiyməti 6 min rubl təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top