Çində qeyri-adi əməliyyat

Çində keçirilən qeyri-adi plastik əməliyyat, görənləri heyrətə gətirib. “Yeniavaz.az” “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, avtomobil qəzası keçirən və sağ qulağını itirən Ci adlı şəxsin qoluna süni qulaq qoyulub. Həkimlər, qulağı müvəqqəti olaraq qola yerləşdirməklə qulağın qoldan qidalanmasını təmin ediblər. 4 ay sonra tamamilə yetişdikdə isə qulaq, vaskulyar texnika ilə sözügedən şəxsin başına tikiləcək. Cinin həkimi bildirib ki, ən çətin mərhələ qulağın qola yerləşdirilməsi olub ki, həmin mərhələ uğurla başa çatıb. Qeyd etmək lazımdır ki, Cinin keçən il keçirdiyi avtomobil qəzasında üzünün sağ tərəfində də ciddi yaralar əmələ gəlmişdi. Qəzadan sonra çoxsaylı əməliyyatlar keçirərək üzü əvvəlki vəziyyətinə qaytarıla bilib.

DİGƏR XƏBƏRLƏR

Top