“Maşa və ayı” uşaqlar üçün ən zərərli cizgi film hesab olundu

“Maşa və ayı” cizgi filmi uşaq psixikası üçün ən zərərli cizgi filmi hesab edilib. “Yeniavaz.az”ın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bu qənaətə rusiyalı psixoloqlar gəliblər. Onlar bu məqsədlə ən zərərli animasiya filmlərinin reytinqini tərtib ediblər. Psixoloqlar qeyd edirlər ki, cizgi filmin sözə qulaq asmayan baş qəhrəmanı Maşanın kaprizləri, pis davranışı uşaqlarən davranışına düzgün təsir etməyə bilər: “Uşağa elə gələr ki, bu davranlş olduqca normaldır”. Reytinqdə ikinci yeri ABŞ-ın “Bədheybət Hay” cizgi filmi tutub. Qeyd edək ki. “Maşa və ayı”nın nümayişinə 2009-cu ildən başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top