Azərbaycanda 5 yaşadək uşaqlar arasında ən çox oğlanlar ölür - Rəsmi

2000-ci ildən 2015-ci ilədək Azərbaycanda 5 yaşadək ölən uşaqların sayı 39 min 891 nəfər olub. Yeniavaz.com saytı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat yayıb. Ümumilikdə götürəndə Azərbaycanda 5 yaşadək ölən uşaqların sayında azalma müşahidə olunur. Rəsmi statistikaya əsasən bu qənaətə gəlmək olar ki, 5 yaşadək ölən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir. Statistikaya diqqət yetirək:

- 2000-ci il: 3419 uşaq - 1911 oğlan, 1508 qız,

- 2001-ci il: 3238 uşaq - 1787 oğlan, 1451 qız,

- 2002-ci il: 2945 uşaq - 1627 oğlan, 1318 qız.

- 2003-cü il: 2452 uşaq - 1351 oğlan, 1101 qız.

- 2004-cü il: 2618 uşaq - 1511 oğlan, 1107 qız.

- 2005-ci il: 2201 uşaq - 1229 oğlan, 972 qız.

- 2006-cı il: 2501 uşaq - 1403 oğlan, 1098 qız.

- 2007-ci il: 2351 uşaq - 1321 oğlan, 1030 qız.

- 2008-ci il: 2178 uşaq - 1199 oğlan, 979 qız.

- 2009-cu il: 2201 uşaq - 1227 oğlan, 974 qız.

- 2010-cu il: 2307 uşaq - 1271 oğlan, 1036 qız.

- 2011-ci il: 2307 uşaq - 1290 oğlan, 1017 qız.

- 2012-ci il: 2247 uşaq - 1177 oğlan, 1070 qız.

- 2013-cü il: 2234 uşaq - 1247 oğlan, 987 qız.

- 2014-cü il: 2097 uşaq - 1232 oğlan, 865 qız.

- 2015-ci il: 2595 uşaq - 1416 oğlan, 979 qız.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top