Ekspert torpaq bazarındakı ucuzlaşmanın səbəbini açıqladı

2017-ci ilin ilk günlərindən Azərbacanda diqqəti cəlb edən məsələlərdən biri də topraq bazarında qiymətlərin ucuzlaşması prosesinin getməsidir. Azərbaycanın demək olar hər yerində torpaq bazarında ucuzlaşma müşahidə olunur. Bəs torpaq bazarında ucuzlaşmalar nə ilə əlaqədardır və bu proses hansı müddətə kimi davam edəcək? Bununla əlaqədar "Yeniavaz.com"un sualına cavabında daşınmaz əmlak bazarı üzrə ekspert Bahadır Hüseynov deyib ki, torpaq bazarında ucuzlaşmaya səbəb iki amildən qaynaqlanır və bunların hər ikisi biri-biri ilə sıx əlaqəlidir: "Birincisi torpaq bazarında qiymətlərin ucuzlaşmasına səbəb mövsümlə bağlıdır. Bildiyiniz kimi adətən qış mövsümlərində torpaq bazarında aktivlik az müşahidə olunur. Bu amil isə qiymətlərin düşməsinə gətirib çıxarır. Lakin havaların istiləşməsi ilə torpaq bazarında aktivlik yenidən artır və təbii ki, buna uyğun olaraq da qiymətlərdə yüksəlmə müşahidə olunur. Buna paralel olaraq manatın devalvasiyasının davam etməsi və milli valyutamızın dollar qarşısında dəyərdən düşməkdə davam etməsi də torpaq bazaında qiymətlərin düşməsi prosesində katalizator rolunu oynamaqdadır. Belə hesab edirəm ki, 2017-ci ildə havaların istiləşməsi əvvəlki illərlə müqayisədə torpaq bazarında qiymətlərin cüzi artımına səbəb olacaq. Çünki manatın dəyərdən düşməsi prosesi davam edir və belə vəziyyətdə əhali əllərindəki vəsaiti daşınmaz əmlak bazarına xərcləməkdənsə, onu dollara çevirərək bundan daha çox gəlir götürməyə üstünlük verir. Bu isə öz növbəsində daşınmaz əmlak bazarına mənfi təsir göstərməkdədir",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top