“Facebook” Almaniyada saxta xəbərlərin qarşısını alacaq

Almaniyada “Facebook” sosial şəbəkəsində saxta xəbərlərlə mübarizə üçün xüsusi mexanizmlər qurulacaq. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu sosial şəbəkənin administrasiyasından deyiblər. Bundan sonra alman istifadəçilərə bu və ya digər xəbərin həqiqətə uyğun olmaması barədə məlumat vermək asan olacaq. Xəbərlərin yoxlanılması ilə xüsusi təyin edilmiş kənar təşkilat məşğul olacaq. Etibarsız xəbərlər xüsusi işarələrlə qeyd ediləcək. Almaniyada yeni mexanizm yaxın həftələr ərzində işə düşəcək və tədricən analoji tədbirlər digər ölkələrdə də tətbiq olunacaq. Bu ilin sentyabrında Almaniyada seçkilər keçiriləcək. Bir çox alman siyasətçlər seçkilər öncəsində sosial şəbəkələrdə çoxlu yalan informasiyaların yayılmasından ehtiyat edirlər.

DİGƏR XƏBƏRLƏR

Top