"Samsung"un vitse-prezidenti rüşvətxorluqda günahlandırılır

Cənubi Koreyanın texnologiya lideri olan "Samsung"un vitse-prezidenti Cey Y.Linin tutulması istənilib. "Yeniavaz.com" xairici KİV-ə istinadən xəbər verir ki, C.Koreya prokurorluğu Cey Y.Li, C.Koreya prezidentinin dostuna rüşvət verməsi iddiası ilə tutulmasını istəyib. Cey Y.Li keçən həftə 22 saat ifadə verib. Prokurorluq, Cənubi Koreya parlamentinin keçən ay işini dayandıran ölkənin prezidenti Park haqqında korrupsiya skandalını həll eləməyə çalışır. Prokurorluq, Linin 43 milyon von (36.42 milyon dollar) rüşvəti, Parkın yaxın dostu və skandala səbəb olan əsas adam olan Çoi Sun-silə verməkdə günahlandırılır. 2014-cü ildə atasının əvəzinə "Samsung"un rəhbərliyinə keçən Li, həm də öz hesabına qanunsuz pul köçürmək və yalan ifadə verməklə ittiham olunur. Seul məhkəməsi 18 yanvarda prokurorluğun tələbinə qərar verəcək. Qeyd edək ki, Cey Y.Li "Samsung"un prezidenti olması gözlənilirdi. 1968-ci ildə anadan olan Li, "Forbes"ə görə 6 milyard dollarlıq sərvətə sahibdir.

DİGƏR XƏBƏRLƏR

Top