Klinton Qırğızıstanda qəzaya uğryan təyyarənin pilotunu vaxtilə tərifləmişdi

Qırğızıstanın paytaxtı Bişkekdə qəzaya uğrayan Türkiyəyə məxsus yük təyyarəsinin pilotları ilə bağlı maraqlı məqamlar üzə çıxıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təyyarənin təqaüddəki hava pilotu general-mayor Kazım Öndül Əfqanıstanda xidmət keçib. Orada qazandığı uğurlara görə ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton tərəfindən böyük tərif alıb. 2003-cü ildə Əfqanıstanın paytaxtı Kabilin Baqram aeroportuna eniş edərkən türk zabiti tərəfindən qaşılandığını deyən H. Klinton Əfqanıstda tapşırıq yerinə yetirən türk əsgərinin cəsarət və fədakarlıqla vəzifəsini icra etdiyini və Türkiyənin regionda oynadığı fəal rol üçün təşəkkür etmişdi. K. Öndül, həmçinin 2007-2008-ci il uçuş təlimi üçün Akıncıdakı hərbi hava bazasında təşkil edilən tədbirdə keçmiş Baş Qərargah rəisi İlker Başbuğ tərəfindən mükafat almışdı. Qeyd edək ki, son hesablamalara əsasən, qəza nəticəsində 37 nəfər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top