Fransa prezidentliyinə namizədlə Tramp arasında gizli görüş olub?

Fransa prezidentliyinə namizəd, Milli Cəbhə Partiyasının lideri Marine Li Pen Nyu-Yorka səfəri çərçivəsində Donlar Trampla görüşməsi barədə mətbuatda gedən məlumatların doğru olmadığını bəyan edib. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, RTL radiostansiyasının efirində çıxış edən Marine Li Pen: "Mən cənab Trampla görüşmək üçün heç kimdən xahiş etməmişəm. Bu, mənim ABŞ-a seçkiqabağı təbliğat ərəfəsindəki səfərim deyil. Amerikaya səfərim daha çox şəxsi xarakter daşıyırdı. Səfərdən məqsəd Fransada nələrin baş verdiyini öyrənmək istəyən amerikalılarla görüşmək idi",-deyib. Bununla belə Marine Li Pen prezident Trampın "Tramp Tauer" adlı göydələndə yerləşən iqamətgahında olduğu barədəki məlumatları təkzib etməyib. Qeyd edək ki, Marine Li Pen prezident seçiləcəyi təqdirdə ölkəsinin Avropa Birliyi və NATO üzvlüyündən çıxaracağını vəd edir. O ABŞ-da keçirilən prezident seçkilərində Trampın qələbəsini alqışlayan azsaylı Avropa siyasətçilərindən biridir.

DİGƏR XƏBƏRLƏR

Top