Gömrükçülər 20 ədəd telefon müsadirə edib

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön və arxa qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 11 ədəd "Samsung Galaxy J1 mini" markalı telefonlar və 8 ədəd adapter aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top