Qırğızıstanda təyyarə evlərin üstünə düşüb: 35 ölü FOTOLAR

Türkiyə təyyarəsinin Qırğız Respublikasının paytaxtı Bişkekdə qəzaya uğraması nəticəsində ölənlərin sayı 35 nəfər çatıb.

Bunu Qırğız Respublikasının fövqəladə hallar naziri Kutabek Boronov bildirib.

Ölkənin Nəqliyyat Nazirliyi qəzaya uğrayan yük təyyarəsinin mərkəzi ofisi İstanbulda yerləşən “ACT” Hava Yolları yükddaşıma şirkətinə aid olduğu bəyan edilib.

Qırğız Respublikası baş nazirinin müavini Muhambetkalıy Abulkaziyevin sözlərinə görə, təyyarə Honk-Konq-Bişkek-İstanbul reysi üzrə uçurmuş.Report

9.04

Qırğızıstanda təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 30-u keçib.

Qırğızıstan Səhiyyə Nazirliyindən RİA “Novosti” agentliyinə bildirilib ki, hadisə yerindən 8 nəfər xəstəxanaya aparılıb. Onlardan 6-sı uşaqdır. Nazirlikdən onu da bildiriblər ki, ölən və xəsarət alanların sayı barədə açıqlanan rəqəm son deyil, dəyişə bilər.

“Türk Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 747” yük təyyarəsi bu gün səhər Honkonq-Bişkek reysini yerinə yetirərkən qəzaya uğrayıb. Qırğızıstan FHN-in məlumatına görə, təyyarə Bişkek aeroportu yaxınlığında bağ evləri yerləşən qəsəbədə qəzaya düşüb.

Ölənlər arasında yerli sakinlər və ekipaj üzvləri var.APA

Boeing 747

DİGƏR XƏBƏRLƏR

Top