Milli Məclis sabahdan işə başlayır

Milli Məclis deputatlarının qış tətili başa çatıb. Yanvarın 1-dən tətilə çıxan deputatlar sabahdan işə başlayacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar 15 gün məzuniyyətdə olublar. Yanvarın 16-dan etirbarən Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirəcək. Milli Məclisin yaz sessiyasının ilk iclası isə fevral ayının 1-də baş tutacaq. Qanunvericiliyə uyğun olaraq, yaz sessiyası fevralın 1-dən mayın 31-dək qədər davam edir. azvision.az

DİGƏR XƏBƏRLƏR

Top