ABŞ əsgərləri ilk dəfə bu ölkədə yerləşəcək

ABŞ dəniz piayadaları Norveç ordusuna təlim keçmək və birgə qış hərbi təlimlərini aparmaq üçün ən azı bir il müddətinə bu ölkədə dislokasiya olunacaqlar. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu məqsədlə 330 amerikalı dəniz piyadası yanvarın 16-dan Noveçə gələcək. Əsgərlər Trondheym şəhəri yaxınlığındakı Vaernes hərbi bazasında dislokasiya olunacaqlar. Qeyd edək ki, bununla da Norveç 1949-cu ildə NATO üzvü olduğundan bəri ilk dəfə xarici ölkənin əsgərlərinə ölkə ərazisində yerləşməsinə icazə verir.

DİGƏR XƏBƏRLƏR

Top