Parisdə Fələstin-İsrail nizamlanması üzrə konfrans başlayıb

Bu gün Parisdə Fələstin-İsrail nizamlanması üzrə beynəlxalq konfrans işə başlayıb. Konfransda 70-ə yaxın ölkənin nümayəndəsi iştirak edir. Fransanın hakimiyyət orqanları İsrailin Baş naziri Binyamin Netanyahunu və Fələstin lideri Mahmud Abbası konfransa dəvət ediblər. Lakin konfransı “aldadıcı” adlandıran Netanyahu Parisə gəlməyib. Fransanın təşəbbüsünü dəstəkləyən Mahmud Abbas bunun iki ölkə üçün həll tapmaqda bəlkə də son imkan olduğunu bildirib. Fransa Prezidenti Fransua Ollandın yaxın həftələrdə Fələstin lideri ilə görüşəcəyi gözlənilir. azertag

DİGƏR XƏBƏRLƏR

Top