Bu ölkədə narkotiklərə görə hərbi vəziyyət tətbiq edilə bilər

Filippin prezidenti Rodriqo Duterte bəyan edib ki, narkotiklərlə bağlı vəziyyət pisləşəcəyi halda ölkədə hərbi vəziyyət tətbiq edə bilər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, prezident Ali məhkəmə və Konqresi ehyam edərək bu məsələdə heç kəsin onu dayandıra bilməyəcəyini vurğulayıb. Mayda dövlət başçısı seçilmiş R. Duterte narkotik asıllığı olan, narkotik maddələri yayan insanlarla geniş miqyaslı mübarizənin tərəfdarıdır. BMT-nin hesablamalarına əsasən, R. Duterte hakimiyyətə gələndən bəri ölkədə narkotik vasitələrin ticarəti ilə əlaqəsi olan 6 mindən çox insan öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top