Putindən Meksikadakı korrupsiyaya son qoymağı xahiş ediblər

“Change.org” saytında ispan dilində yaradılmış petisiyada Freppo Sovietico adlı istifadəçi Rusiya prezidenti Vladimir Putini Meksikadakı vəziyyətə müdaxilə etmək və ölkədə yığılıb qalmış problemlərin həllində kömək etməyə çağırıb. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, petisiya müəllifi qeyd edir ki, hazırda Meksika tarixinin ən pis dövrünü yaşayır və ölkəyə pis hökumətin aradan qaldırılması tələb olunur: “Hər şeyi oğurlayan rüşvətxor meksiaklı siyasətçiləri dayandırmaq gücündə olan adama ehtiyac var. Vladimir Putin, sən Latın Amerikasına lazımsan”.

DİGƏR XƏBƏRLƏR

Top