Türkiyədə millət vəkilinin xanımı intihara cəhd edib

Yanvarın 14-də axşam saatlarında Türkiyədə Milliyətçi Hərəkat Partiyasının deputatı Saffet Sancaqlının həyat yoldaşı Hülya Sancaklı intihara cəhd edib. H. Sancaqlı tapançadan başına atəş açıb. Vəziyyəti ağır olan H. Sancaqlı İstanbulda özəl bir xəstəxanaya yerləşdirilib, üzərində cərrahi əməliyyat aparılıb. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən H. Sancaqlının vəziyyətinin ağır olduğu açıqlanıb. S. Sancaqlı olaydan xəbərdar olduqdan sonra Ankaradan İstanbula uçmaq üçün təyyarə tapa bilməyib. Baş nazir Binəli Yıldırımın təlimatı ilə S. Sancaqlı baş nazir üçün ayrılmış təyyarə ilə Ankaradan İstanbula yola salınıb. Qeyd edək ki, 1966-cı il fevralın 27-də keçmiş Yuqoslaviyada Tutin şəhərində anadan olan S. Sancaqlı Türkiyədə “Kültürspor”, “Vefa”, “Beşiktaş”, “Eskişehirspor”, “Konyaspor”, “Sarıyer”, “Kocaelispor”, “Qalatasaray”, “Kocaelispor”, “Fənərbaxça” və “Konyaspor” futbol klublarında hücumçu mövqeyinə oynayıb. Futbolçu karyerasına 1999-cu ildə “Konyaspor” klubunda son qoyub. Türkiyə çempionatında ümumilikdə 130 qol vurub, 20 dəfə Türkiyə milli komandasının formasını geyinib, bu oyunlarda 6 qol vurub. Son parlament seçkilərində MHP-nin Kocaelindən deputatlığa namizədi olub və deputat seçilib. apa

DİGƏR XƏBƏRLƏR

Top