İran yeni təyyarəsini “təvaf” etdirəcək

İranın son 38 ildə ilk dəfə olaraq “birinci əl” satın aldığı “Airbus A321” tipli sərnişin təyyarəsi Məşhəd şəhərindəki İmam Rza türbəsini havadan “təvaf”edəcək. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran Hava Yollarının baş direktor müavini Həsən Qasımi deyib. Onun sözlərinə görə, təyyarənin alınması prosesində ölkənin dini və milli dəyərlərinə zidd addım atılmayıb: “Airbus” ilə əldə edilən razılaşma İranın dini lideri Ayətullah Əli Xamaneyin “Dirəniş iqtisadiyyatı” doktrinasına uyğundur”.

DİGƏR XƏBƏRLƏR

Top