Şirvanda ağır yol qəzası: xəsarət alan 60 yaşlı qadın xəstəxanada ölüb

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Çılpaqlı qəsəbəsində olub.

Salyan rayonunun Çadırlı kənd sakini, 1984-cü il təvəllüdlü Muradov Rahil Balaməmməd oğlunun idarə etdiyi “Mitsubishi” markalı avtomobil magistral qaz kəmərinin dirəyinə çırpılıb. Nəticədə avtomobildə olan Çadırlı kənd sakini, 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızı, 2014-cü il təvəllüdlü Muradova Səma Zahir qızı və sürücü Muradov Rahil Balaməmməd oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Xəsarət alan sərnişin xəstəxanada ölüb. Ölən şəxs 1957-ci il təvəllüdlü Muradova Gülbar Qasım qızıdır.

Faktla bağlı Şirvan Rayon Polis şöbəsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top