İsrailin Tramp narahatlığı

Son 15 ildə İsrailin ABŞ-la bölüşdürdüyü gizli sirrlərin Rusiyanın əlinə keçə biləcəyi təhlükəsi əmələ gəlib. Bununla əlaqədar "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, İsrail gizli sirrlərinin Tramp vasitəsi ilə Rusiyaya ötürülə biləcəyindən narahatlıq keçirməyə başlayıb. Məsələ barədə "Ediot Axronot" qəzetində xüsusi məqalə ilə çıxış edən jurnalist Ronen Berqman yazır ki, bu yaxınlarda ABŞ kəşfiyyatı israilli həmkarları ilə görüşərək məsələni müzakirə ediblər. Görüşdə ABŞ kəşfiyyatının əməkdaşları bildiriblər ki, Rusiyanın Trampa təzyiq göstərmək imkanları var və ona görə də bundan sonra gizli sirlərin mübadiləsi zamanı ehtiyatlı olmalıdırlar. Berqmanın iddiasına görə, ABŞ kəşfiyyatı İsrail tərəfinə sirlərin mübadiləsini bir müddət dayandırmağı tövsiyə edib. İsraili bu məsələdə ən çox narahat edən onların sirlərinin Rusiya vasitəsi ilə İrana ötürülə bilməsi təhlükəsidir.

DİGƏR XƏBƏRLƏR

Top