“Twitter” Trampın səhifəsini siləcək

“Twitter” sosial şəbəkəsinin xidməti iki gün ərzində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın akkauntunu siləcək. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, internet resursun nümayəndəsi Pol Horber bildirib ki, şirkət rərhbərliyi respublikaçının ritorikasını iqrçi və münaqişəyə təhrikedici hesab edir. O qeyd edib ki, “Twitter” istifadəçilər tərəfindən kin, iqrçilik və dözümsüzlüyün aktiv təbliğatını qəbul etmir. Buna cavab olaraq D. Tramp rəsmi müraciətində şirkətin niyyətini gülməli adlandırıb və sosial şəbəkə nümayəndələrinə ehtiyatlı davranmağı məsləhət görüb, çünki o bu vəziyyətin nizamlanması üçün vəkillərlə işləyir.

DİGƏR XƏBƏRLƏR

Top