Obama gedə-getdə Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Bir həftədən sonra vəzifəsindən tam şəkildə gedəcək prezident Barak Obama Rusiyaya münasibətdə sanksiyaların müddətinin artırılması barədə qərar qəbul edib. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Obama Rusiyaya qarşı sanksiyaların müddətinin artırılmasını adı çəkilən ölkədən gələn təhlükənin qalmaqda davam etməsi ilə izah edib. Bu onun prezident postunda belə demək mümkünsə Rusiyaya qarşı atdığı son sərt addımdır. Öz növbəsində Rusiyada Obamanın bu addımını sakitliklə qarşılayıblar. Moskvada belə hesab edirlər ki, ABŞ-ın yeni administrasiyası Rusiyaya münasibətdə daha yumşaq davranacaq və bununla da iki ölkə münasibətlərində istiləşmə dövrü başlanacaq. Xatırladaq ki, Donald Tramp dəfələrlə bəyan edib ki, Rusiya ilə normal münasibətlər qurmağa hazırdır. Tramp komandasının nümayəndələri isə artıq məsələ ilə bağlı Rusiya ilə müəyyən danışıqların baş tutduğunu bəyan ediblər. Xatırladaq ki, ABŞ Rusiyaya sanksiyaları adı çəkilən ölkənin 2014-cü ildə Krımı ilhaq etməsinə görə tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top