İbrahimoviç Mxitaryana qol vurmağı öyrədir

“Mançester Yunayted”un forvardı Zlatan İbrahimoviç komanda yoldaşı Henrix Mxitaryana İngiltərə çempionatının 18-ci turunda “Sanderlend”in qapısına əqrəb zərbəsi ilə qol vurmasına necə kömək etməsi barədə danışıb. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, həmin qol dekabrda İngiltərə çempionatının ən gözəl qolu seçilmişdi. O bildirib ki, həmin qol heyrətamiz olub: “Şadam ki, həmin əqrəb zərbəsində mənim də köməyim olub. Bir neçə həftə əvvəl onunla həmin zərbə üzərində işləyirdik. Mən ona bu hərəkəti necə etməyi və bunun üçün hansı ötürmənin verilməsini göstərirdim”.

DİGƏR XƏBƏRLƏR

Top