"Hər hansı bir şirkət Gürcüstanda Neft və Qaz Korporasiyasının 25%-lik payını almaq istəyirsə, qoy alsın. Biz bundan narahat deyilik". "Yeniavaz.com" Ermənistan mətbuatına istinadən bildirir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Karen Karapetyan deyib. Onun sözlərinə görə, Gürcüstanda qaz kəmərlərini idarə edən şirkətin səhimlərinini 25%-ni almaq istəyən şirkət (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) - red.) bizim üçün heç bir təhlükə yarada bilməz: "Kəmərə beynəlxalq konsorsium nəzarət edir. Buna görə heç kim narahat olmasın". Karapetyan həmçinin bildirib ki, Ermənistan İran və Türkmənistandan təbii qazın nəqli ilə bağlı imkanları nəzərdən keçirir
Məlumat üçün qeyd edək ki, Rusiyadan Ermənistana gələn - "Şimali Qafqaz - Zaqafqaziya" təbii qaz boru xəttini idarə edən Gürcüstanın Neft və Qaz Korporasiyası 25%-lik payını satmaq istədiyini bəyan edib. Gürcüstan mətbuatının yazdığına görə, SOCAR bu payın alınmasında maraqlıdır.