“Real” “Barselona”nın rekordunu təzələdi

Madrid “Real”ı İspaniya Kubokunun 1/8 final mərhələsində “Sevilya” ilə (3:3) heç-heçə oynayaraq bütün turnirlərdə məğlubiyyətsiz oyunların seriyasını 40 matça çatdırıb. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, madridlilər “Barselona”nın nəticəsini (39 məğlubiyyətsiz oyun – 2015-in oktyabrından 2016-nın martınadək) yaxşılaşdıraraq İspaniya komandaları üçün yeni rekord müəyyənləşdirib. “Real” 83-cü dəqiqəyədək “Sevilya”ya 1:3 hesabı ilə uduzurdu, lakin əvvəlcə kapitan Serxio Ramos penaltini reallaşdırıb, əsas vaxta əlavə edilmiş dəqiqələrdə isə Kərim Benzema hesabı bərabərləşdirib. “Real” sonuncu dəfə 6 aprel 2016-cı il tarixində Çempionlar Liqasının pley-off mərhələsində “Volfsburq”a 0:2 heabı ilə uduzub. Həmin vaxtdan etibarən komanda 30 qələbə qazanıb və 10 dəfə heç-heçə oynayıb.

DİGƏR XƏBƏRLƏR

Top