"Adanaspor"un baş məşqçisi Reynaldo ilə maraqlandıqlarını təsdiqləyib

Türkiyənin "Adanaspor" klubu "Qarabağ"da çıxış edən Reynaldonu heyətinə cəlb etmək istəyir. Bu barədə komandanın baş məşqçisi Levent Şahin açıqlama verib. O, bildirib ki, hücum xəttini gücləndirmək istəyilə braziliyalı forvardı heyətə cəlb etmək niyyətindədirlər: "Mütləq hücumçu alacağıq. Reynaldo transfer siyahımızda olan futbolçulardan biridir. Rəhbərlik transferi bitirmək istəyir. Hansısa problem çıxsa, başqa forvard haqda düşünəcəyik". Qeyd edək ki, Türkiyə mətbuatı artıq "Adanaspor"un "Qarabağ"a təklif göndərdiyini iddia edir. "Ağ-narıncılar" yaxın günlərdə məsələni həll etmək niyyətindədirlər.Report

DİGƏR XƏBƏRLƏR

Top